Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Ordumuz hücuma keçdi!-Naxçıvan istiqamətində erməni tabor komandirinin maşını vuruldu

Ordumuz hücuma keçdi!-Naxçıvan istiqamətində erməni tabor komandirinin maşını vuruldu


28-05-2020, 07:11. Yazar: Xeberaz

Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar.
"Xeberaz.Az"- ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – hansı ki, 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib.
Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər.

Geri dön