Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə > Şamaxının icra başçısı karantinə alındı - koronavirusa görə

Şamaxının icra başçısı karantinə alındı - koronavirusa görə


25-05-2020, 14:49. Yazar: Xeberaz
Şamaxının icra başçısı karantinə alındı- koronavirusa görə

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 
"Xeberaz.Az" "Qafqazinfo" ya istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.


Geri dön