Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq > Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı

Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı


25-05-2020, 13:30. Yazar: Xeberaz
Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı
Bakıda Xırdalan şəhər sakininə hədə-qorxu gələn qardaşlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıblar.
M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Geri dön