Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Azərbaycanda OLAY: Saxlanılan şəxs polis bölməsindən qaçdı

Azərbaycanda OLAY: Saxlanılan şəxs polis bölməsindən qaçdı


19-05-2020, 12:17. Yazar: Xeberaz
Azərbaycanda OLAY:Saxlanılan şəxs polis bölməsindən qaçdı
Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.
Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.
Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.


Geri dön