Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Göyçayda kütləvi zəhərlənmə - : Ana və 2 azyaşlı övladı...

Göyçayda kütləvi zəhərlənmə - : Ana və 2 azyaşlı övladı...


18-05-2020, 16:08. Yazar: Xeberaz
Göyçayda kütləvi zəhərlənmə -: Ana və 2 azyaşlı övladı...

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Xeberaz.Az"-ın məlumatına görə, hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində qeydə alınıb. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki "Seyidlər" marketdən şirniyyat alıb.
Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara "alimental qastrit" diaqnozu qoyulub.
Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön