Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 / İbadət > Bu gecə üçüncü Qədr gecəsidir

Bu gecə üçüncü Qədr gecəsidir


16-05-2020, 13:06. Yazar: Xeberaz
Bu gecə üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə təsadüf edib.
Bu gün - Ramazanın 22-ci günü isə üçüncü Qədr gecəsidir.
Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.


Geri dön