Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / M2 > Toylara sentyabradək qadağa qoyulub? - AÇIQLAMA

Toylara sentyabradək qadağa qoyulub? - AÇIQLAMA


16-05-2020, 12:59. Yazar: Xeberaz
Toylara sentyabradək qadağa qoyulub? -AÇIQLAMA

Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən  sözügedən mövzu müzakirələrə səbəb olub.
"Xeberaz.Az" xəbər verir ki, toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Unikal.org-a açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır:
"Ramin Bayramlı belə bir açıqlama verməyib".
 


Geri dön