Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə > Maskasız çölə çıxan vətəndaş: “Qoy, korona gəlsin məni tapsın”

Maskasız çölə çıxan vətəndaş: “Qoy, korona gəlsin məni tapsın”


14-05-2020, 11:43. Yazar: Xeberaz
Maskasız çölə çıxan vətəndaş:“Qoy, korona gəlsin məni tapsın”

Türkiyədə koronavirus pandemiyası çərçivəsində tətbiq olunan qaydalara riayət etməyən vətəndaşların görüntüləri və açıqlamaları gündəm yaradıb. 
"Xeberaz.Az" xəbər verir ki, Dənizli ərazisində, isti havadan yararlanmaq fürsəti ilə çıxan vətəndaşların əksəriyyəti qaydalara riayət edərkən, maska və əlcək istifadə etməyən və sosial məsafələr qaydasına əməl etməyən vətəndaşlar da diqqət çəkib. 
Belə ki, maska istifadə etməyən vətəndaşlardan biri, maraqlı sözlərlə gündəm yaradıb. 
Üzeyir Yazır adlı gənc, “Xəstəlik televiziyalarda daim paranoyaklıq səviyyəsinə çatdı. Qoy korona  gəlsin məni tapsın. Ona görə heç əhəmiyyət vermirəm. Ölsək öləcəyik. Nə olursa olsun. Əlcək və maskadan da istifadə etmirəm” deyə fikrini bildirib. 

 

 
 
  • Maskasız çölə çıxan vətəndaş:“Qoy, korona gəlsin məni tapsın”
  • Maskasız çölə çıxan vətəndaş:“Qoy, korona gəlsin məni tapsın”

Geri dön