Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda sürücüyə dəmirlə hücum edən şəxs həbs edildi - VİDEO

Bakıda sürücüyə dəmirlə hücum edən şəxs həbs edildi - VİDEO


13-05-2020, 23:46. Yazar: Xeberaz
Bakıda sürücüyə dəmirlə hücum edən şəxs həbs edildi- VİDEO

Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
K.Nəcəfov barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.


Geri dön