Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt > Yük maşınına çırpılan avtomobil evin həyətinə düşdü - FOTO+VİDEO

Yük maşınına çırpılan avtomobil evin həyətinə düşdü - FOTO+VİDEO


13-05-2020, 15:39. Yazar: Xeberaz
Yük maşınına çırpılan avtomobil evin həyətinə düşdü- FOTO+VİDEO

Türkiyədə Balıkəsir vilayətində dəhşətli avtomobil qəzası baş verib.
"Xeberaz.Az" xəbər verir ki,  vilayətin Edremit rayonunda yük maşını avtomobilə çırpılaraq faciəyə səbəb olub.
Belə ki, yük maşınının zərbəsi nəticəsində 35 metr sürünən avtomobil yaşayış evinin bağçasına düşüb. Qəzada yük maşınının sürücüsü və bir sərnişini ölüb. Maşında olan digər şəxs, eləcə də, minik maşının sürücüsü və sərnişini ağır xəsarət alıblar.
Yaralılar xilasetmə qrupları tərəfindən maşınlardan çıxarılaraq, xəstəxanaya yerləşdiriliblər.
Qəza ilə əlaqədar araşdırma aparılır.
Geri dön