Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / M2 > Azərbaycanlılar İstanbulda karantini pozdular

Azərbaycanlılar İstanbulda karantini pozdular


11-05-2020, 09:37. Yazar: Xeberaz
Azərbaycanlılar İstanbulda karantini pozdular

Türkiyənin İstanbul şəhərində karantin qaydalarını pozan 3 azərbaycanlı saxlanılıb.
"Xeberaz.Az" xəbər verir ki, polis küçəyə çıxma qadağasının olmasına baxmayaraq, maska taxmayan 3 nəfərin Taksimdəki İstiqlal küçəsində gəzdiyini görüb.
Həmin şəxslərdən biri polisə Azərbaycandan gəldiyini və iki qonağını gəzdirmək üçün küçəyə çıxdığını bildirib.
İstanbul polisi karantin qaydalarını pozan azərbaycanlıların hər birinə 3150 lirə cərimə yazıb. Buna etirazını bildirən azərbaycanlı polislə mübahisə etməyə başlayıb. Nəticədə asayiş keşikçiləri onu Taksim Polis Şöbəsinə aparıblar.
 
Geri dön