Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual > Nazir məşhur polkovniki işdən çıxardı - FOTO

Nazir məşhur polkovniki işdən çıxardı - FOTO


10-05-2020, 13:10. Yazar: Xeberaz
Nazir məşhur polkovniki işdən çıxardı -FOTO

Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.
"Xeberaz.Az"  ”BakuPost”a istinadən xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaidə göndərilib.   
2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu.     
DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışan N.Qocayev 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub.
Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb. Nizami Qocayev təqaüdə göndərildiyini təsdiqləyib: “Burda nə var ki, artıq təqaüd yaşımdır”.    
Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.
  • Nazir məşhur polkovniki işdən çıxardı -FOTO

Geri dön