Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Dünya / M2 > “Facebook”un əməkdaşları ilin sonunadək evdən işləyəcək

“Facebook”un əməkdaşları ilin sonunadək evdən işləyəcək


9-05-2020, 09:47. Yazar: Xeberaz
“Facebook”un əməkdaşları ilin sonunadək evdən işləyəcək
ABŞ-ın "Facebook" şirkəti koronavirus pandemiyası ilə əlaqədar öz əməkdaşlarına 2020-ci ilin sonunadək evdən işləməyə icazə verəcək.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bildirib.
Qeyd olunur ki, sosial şəbəkə ofislərinin böyük əksəriyyətini iyulun 6-dan etibarən açmağı planlaşdırır. Bununla belə, hansı əməkdaşların ofisdən işləyəcəyi hələlik müəyyənləşdirilməyib.
Şirkətin rəhbəri Mark Zukerberq bir müddət əvvəl bildiribi ki, azı 2021-ci ilin iyulunadək 50 nəfərdən çox əməkdaşın iştirakı ilə toplantılar keçirilməyəcək.


Geri dön