Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt > 3 yeniyetmə 13 yaşlı qızı qaçırmağa çalışdı - Video

3 yeniyetmə 13 yaşlı qızı qaçırmağa çalışdı - Video


9-05-2020, 09:38. Yazar: Xeberaz
3 yeniyetmə 13 yaşlı qızı qaçırmağa çalışdı -Video


Türkiyədə yolda gedən 13 yaşlı qıza təcavüz edən və qaçırmağa çalışan 3 nəfər polis tərəfindən saxlanılıb. 
"Xeberaz.Az" Haberler.com-a istinadən xəbər verir ki,  İstanbulun Arnavutköy şəhərində yolda gedən 13 yaşlı qıza təcavüz və qaçırmaq istədiyi iddia edilən 3 nəfər, ərazidə olan dükan sahibləri tərəfindən tutulub və polisə təhvil verilib.
Hadisəni törədən şübhəlilərinin tutulma anı kameraya əks olunub.  İddiaya görə, yaşı 18-dən aşağı olan üç nəfərin olduğu avtomobil bazardan qayıdan və evə gedən 13 yaşlı qızın yanında dayanıb. Daha sonra 13 yaşlı qız 3 şübhəlinin təcavüzünə məruz qalaraq, zorla avtomobilə aparmağa çalışıblar.
Qızın qışqırıq  səsini eşidən dükan sahibləri, tez zamanda əraziyə gəlib, şəxsləri tutaraq, döyüblər. Əraziyə polis qrupları sövq edilib. Polislər, yaşı 18-dən aşağı olan yeniyetmələrin həbs edərək,  bölməyə aparıb. Barələrində cinayət işi açılıb.
Geri dön