Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu - FOTO

Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu - FOTO


8-05-2020, 11:37. Yazar: Xeberaz
Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu- FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Xeberaz.Az"-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar. 
İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də tutulub.
Belə ki, Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
  • Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu- FOTO
  • Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu- FOTO
  • Gəncədə evdən və köşklərdən oğurluq edən şəxslər tutuldu- FOTO

Geri dön