Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə > Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər - Prezidentdən XƏBƏRDARLIQ

Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər - Prezidentdən XƏBƏRDARLIQ


7-05-2020, 16:44. Yazar: Xeberaz
Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər -Prezidentdən XƏBƏRDARLIQ
"Azərbaycanda koronavirusla əlaqədar olaraq xüsusi karantin rejimi ən azı mayın 31-dək qüvvədə olacaq". 
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılış mərasimində bəyan edib. 



Ölkə başçısı bildirib ki, ondan sonra lazım olarsa uzadılacaq:
"Son günlərin mənzərəsi məni çox üzür və narahat edir. Çünki, son 2-3 gündə xəstələnənlərin sayı, sağalanların sayından çoxdur. Əgər bu dinamika kəskin artarsa mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, məcbur olub karantin rejimini əvvəlki vəziyətə gətirəcəyik. Sərtləşdirəcəyik. Karantin qaydalarını pozanlara qarşı daha ciddi tədbirlər görüləcək. Məqsəd vəziyəti daima nəzarətdə saxlayaq". 


Geri dön