Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə > Yeni xəstəlik sürətlə yayılır - 15 uşaq...

Yeni xəstəlik sürətlə yayılır - 15 uşaq...


6-05-2020, 08:16. Yazar: Xeberaz


Yeni xəstəlik sürətlə yayılır- 15 uşaq...
Daha öncə də xəbər verdiyimiz kimi, Avropa ölkələrində uşaqlar arasında koronavirusla əlaqəli olduğu təxmin edilən xəstəlik yayılmağa başlayıb.
"Xeberaz.Az" xəbər verir ki, artıq Nyu-Yorkda da 15 uşaqda bu xəstəlik aşkarlanıb. Onlardan 5-i süni tənəffüs aparatına qoşulub. Həmin uşaqlardan 4-nün koronavirus testi pozitiv çıxıb. 
Daha öncə rast gəlinməyən və hələ ki "kavasaki sindromu" adlandırılan bu xəstəlik uşaqlarda ürək və damarlara təsir edir. Eyni zamanda xəstəliyin simptomlarına qızdırma, əl və ayaqlarda şişkinlik, boğazda iltihablanma aiddir. Xəstəlik xüsusi ilə 5 yaşa qədər olan uşaqlarda aşkarlanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəminə aldığı bu xəstəliyə 6 ölkədə yaşayan uşaqlarda rast gəlinib.
Geri dön