Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu

Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu


2-05-2020, 13:25. Yazar: Xeberaz
Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu

Samux rayonunun Köbər kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Xeberaz.Az" -a verilən məlumata görə, mayın 1-də saat 20 radələrində Samux rayonunun Köbər kəndi ərazisində kənd sakini E.Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sərnişini, 6 yaşlı oğlu Hüseyn suda boğularaq ölüb.
Samux RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön