Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq > Övladına toy etməyə hazırlaşan şəxsin evini soydu

Övladına toy etməyə hazırlaşan şəxsin evini soydu


2-05-2020, 10:46. Yazar: Xeberaz
Övladına toy etməyə hazırlaşan şəxsin evini soydu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. 
Bu barədə "Xeberaz.Az"-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 
Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş, rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığı oğurladığı müəyyənləşib. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Geri dön