Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt > Xırdalanda bankomatdan pul çıxaranları aldadan şəxs saxlanıldı

Xırdalanda bankomatdan pul çıxaranları aldadan şəxs saxlanıldı


1-05-2020, 09:05. Yazar: Xeberaz
Xırdalanda bankomatdan pul çıxaranları aldadan şəxs saxlanıldı

Abşeron rayonunda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
"Xeberaz.Az"  xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində bankomat ətrafında dələduzluq edən 35 yaşlı Ramil Mehdiyev tutulub.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəlcə bankomatdan pul və təqaüdünü çıxarmaq istəyən şəxslərə yaxınlaşaraq kömək etmək istədiyini bildirir. Daha sonra cibindən digər boş kartını ora daxil edərək pul olmadığını deyir. Beləliklə o ümumilikdə 20 nəfərə yaxın şəxsi aldadaraq onların pulunu mənimsəyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Geri dön