Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

Sumqayıt sakini bıçaqlanaraq öldürüldü


27-04-2020, 06:38. Yazar: Xeberaz
Sumqayıt sakini bıçaqlanaraq öldürüldü
Sumqayıtda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. 
"Xeberaz.Az"  xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.
Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunmasına baxmayaraq ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön