Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı > Barxudar Barxudarov -Suraxanı icra başçısının qəzəbinə niyə tuş gəldi?
Barxudar Barxudarov -Suraxanı icra başçısının qəzəbinə niyə tuş gəldi?18-04-2020, 12:56. Yazar: Xeberaz |
Barxudar Barxudarov -Suraxanı icra başçısının qəzəbinə niyə tuş gəldi? 15 ildən artıqdır ki, Suraxanı rayon İcra Hakimiyyətində özünəməxsus iş prinsipi ilə "İctimai-siyasi ,humanitar Məsələlər" şöbəsinə başçılıq edən Barxudar Barxudarov tutduğu Vəzifəsindən kənarlaşdırıldı! Üzərində daşıdığı adın məhz -"Bolluq yaradan" mənasını verən bu şəxs , görünür işlədiyi rayon ərazisində nəinki bolluq yaradıbmış, sən demə heç icra başçısı Cənab Əziz Əzizovun etimadını da doğrultmayıbmış. Qeyd edək ki, Barxudar bəy, hətta rayon icra hakimiyyəti binasında keçirilən vətəndaşlarla qəbul zamanı da orada iştirak edərək birneçə haqlı narazılıqlı debatı ictimailəşdirmək istəyən jurnalistlərin də mobil telefonunun ona yaxınlaşaraq, əvvəlcə şirin söhbət edərək, daha sonra əlindən qəfil , soyğunçuluq hərərəkət jesti formasında almışdır. Barxudar Barxudarlı bir rəhbər mentalitetinə sığmayan bu hərəkətlə telefonu Qəbul vaxtı bitənədək özündə saxlamaqla da yaddaşlarda qaldı. Bucür hərəkəti isə biz uşaq filmlərindən olan, Rejissor Əlisəttar Atakişiyevin lentə aldığı "Sehrli Xalat" filmindəki Rəşiddən qəfil xalatı alıb oğurlamasına bənzədi. Bu barədə növbəti yazılarımızda ətraflı açıqlamalarımız olacaq... İndi maraqlıdır, görəsən Barxudar Bəy, elə rəhbəri olduğu İctimai-siyasi şöbədən niyə və hansı yolverdiyi kobud nöqsanlar səbəbindən çıxarıldığını mediaya açıqlama verəcəkmi? Bunu da xüsusilə qeyd edək ki, onun özü belə bu lazımi açıqlamanı verməsə də, yenə də analitik potensiala malik media cameəsi, Azərbaycan Respublikasının KİV haqqında Qanununun 8-ci maddəsinə müvafiq növbəti təəccübdoğuran araşdırmalara başlayaraq yeni detalları üzə çıxaracaq... Mövzunu diqqətdə saxlayırıq... Geri dön |