Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt / Gənclərimiz > Aqil Acalov Pərviz Abdullayev (Cobra Pərviz) dən yazır

Aqil Acalov Pərviz Abdullayev (Cobra Pərviz) dən yazır


9-04-2020, 12:51. Yazar: Xeberaz
Aqil Acalov Pərviz Abdullayevin (Cobra Pərviz) "Survivor Türkiyə"-də məğlubiyyətinin siyasiləşdirilməməsi ilə bağlı şəxsi instagram hesabı vasitəsilə çağırış etdi.
Həmin paylaşımı olduğu kimi təqdim edirik.
Hər birinizin bildiyi kimi  uzun müddətli birbaşa şəxsi tanışlığım,qardaşlığım olan dəyərli dostum, şəxsi keyfiyyətləri və idman uğurları ilə fəxrimiz olan Pərviz Abdullayev ( Cobra ) Survivor (Türkiyə) yarışmasında iştirakçı idi. Yarış başlayandan tərəfimdən və bütün Azərbaycandan tam dəstəklə izlənir, hətta Türkiyədə türk tanışlar, qardaşlar tərəfindən yüksək rəğbətlə dəstəklənirdi. Yarışmada qatıldığı ilk gündən Türkiyədən ona dəstək olmaları ilə bağlı smslər və məlumatlar almışam. Bugün onun yarışdan çıxması bizim üçün nə qədər gözlənilməz və məyusedici olsa da emosiyalara qapılaraq bir və ya bir neçə nəfərə, yaxud da hansısa anlaşılmazlığa bağlı bu hadisəni Türkiyə - Azərbaycan münasibəti adı altında təqdim etmək olmaz. Qərəzli və ya qərəzsiz onun yarışmadan ayrılmasını bütöv Türkiyənin Azərbaycana münasibəti kimi dəyərləndirmək olmaz. Bu sadəcə bir yarışdır, orada baş verənlər veriliş koordinasiyası üzrə gedən gedişatdır, Türkiyə - Azərbaycan əlaqələri üzərindən olan gedişat deyil. Hesab edirəm ki, tarixi qardaşlıq mövqeyi və "bir millət iki dövlət" devizimizi uca tutaraq mühakimələri yalnız yarışın gedişatı üzərindən aparaq və bunu siyasiləşdirməyək! @agilajalov @cobraperviz
Geri dön