Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya > Şimali Koreya virus keçirməyən maska ixtira etdi

Şimali Koreya virus keçirməyən maska ixtira etdi


8-04-2020, 18:07. Yazar: Xeberaz
Şimali Koreyavirus keçirməyən maska ixtira etdi 

Çində ortaya çıxdıqdan sonra 1 milyondan çox insanda aşkar edilən koronavirus on minlərlə insanın ölümünə səbəb olub.
Dünyanın bir çox ölkəsi virusla mübarizə apararkən, indiyə kimi heç bir koronavirus halının aşkarlanmadığı Şimali Koreya dövləti maska ixtirası ilə gündəm yaradıb. 
"Xeberaz.Az" ölkənin rəsmi xəbər agentliyi olan KCNA-ya istinadən məlumat verir ki, Rəsmi xəbər agentliyinin açıqlamasına görə, Şimali Koreya alimləri virusun qarşısını alan bir maska hazırlayıblar.
Şimali Koreya alimlərin dediklərinə,əsasən, maskanın nano-antibiotik məhlulu sayəsində sterilizasiya edildiyi, viruslar və mikrobları məhv etdiyibildirilib.
Həmçinin də, maskada olan filtr sayəsində torpaq və hava hissəciklərini təmizlədiyi ifadə olunub. 
 


Geri dön