Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var


4-04-2020, 11:34. Yazar: Xeberaz
Bakıda polis əməliyyat keçirdi -Saxlanılanlar var

Bakı sakinlərində narkotik vasitə aşkarlanıb.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Yasamal və Binəqədi rayon ərazilərində qeydə alınıb.
Belə k, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1958-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Heydərovdan 7,699 qram heroin və 17,453 qram metamfetamin aşkar olunaraq götürülüb.
Bundan başqa, Binəqədi RPİ-nin 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İ.Nuriyevdən 0,038 qram heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.


Geri dön