Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə > Azərbaycanda koronavirusdan istifadə edib insanları aldadan HAKERLƏR PEYDA OLDU - FOTO

Azərbaycanda koronavirusdan istifadə edib insanları aldadan HAKERLƏR PEYDA OLDU - FOTO


1-04-2020, 10:13. Yazar: Xeberaz

Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.
"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.
  • Azərbaycanda koronavirusdan istifadə edib insanları aldadanHAKERLƏR PEYDA OLDU - FOTO
  • Azərbaycanda koronavirusdan istifadə edib insanları aldadanHAKERLƏR PEYDA OLDU - FOTO





Digər


Geri dön