Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Məşhurların Taleyi > Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!

Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!


30-03-2020, 21:25. Yazar: Xeberaz
"Xeberaz.Az" xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Türkiyədə həbs olunan iş adamı Mübariz Mənsimov haqqında şəxsi "İnstagram" səhifəsində bu sözləri yazaraq paylaşıb.
Mübariz Mənsimov kimi on milyardlara sahib adam Avropa ölkələrində, ABŞ-da, Kanadada, digər buna bənzər ölkələrdə bu şəkildə həbs edilə bilərdimi? Yox!
35 min nəfərə iş yeri yaradan milyarder qatı cani kimi həbs edilərdimi? Yox!

14 gündür aclıq aksiyası keçirən məhbusa belə soyuq münasibət göstərilərdimi? Yox!

O ölkələrdə Mübariz Mənsimov ən çoxu ev dustaqlığına məhkum edilərdi.

Mən Türkiyəni sevirəm! Can bir, qan bir qardaşıq. Amma, Türkiyə kimi hüquqi dövlətin hüquq sisteminin bu şəkil alması narahatedicidir. İnanıram ki, tezliklə Türkiyənin ədalətinin şahidi olacaq, Mübariz qardaşımızı azadlıqda görəcəyik!

Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!

#MubarizMansimov #MubarizMansimovaAzadliq #FreeMubarizMansimov
Geri dön