Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə > Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 3 nəfər isə...

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 3 nəfər isə...


30-03-2020, 17:00. Yazar: Xeberaz
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu -3 nəfər isə...

Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan vəfat edib.Azərbaycan Respublikasında son bir gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Geri dön