Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > Xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi

Xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi


30-03-2020, 15:53. Yazar: Xeberaz
Xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlarcəlb edildi

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov  açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:
"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".


Geri dön