Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Elektrik enerji xəbərdarlıq edilmədən dayandırılacaq? - “Azərişıq”dan AÇIQLAMA

Elektrik enerji xəbərdarlıq edilmədən dayandırılacaq? - “Azərişıq”dan AÇIQLAMA


25-03-2020, 16:07. Yazar: Xeberaz
Elektrik enerji xəbərdarlıq edilmədən dayandırılacaq?- “Azərişıq”dan AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
Bu barədə ASC-dən  verilən məlumatda bildirilir.
Qeyd edilir ki, “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.


Geri dön