Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Gənclərimiz > Moskvadan Bakıya 34 azərbaycanlı yola salındı

Moskvadan Bakıya 34 azərbaycanlı yola salındı


22-03-2020, 14:37. Yazar: Xeberaz
Moskvadan Bakıya 34 azərbaycanlı yola salındı
22 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının 34 vətəndaşı Rusiyanın "Aeroflot" aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S.Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıblar.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən verilən məlumata görə, bu Səfirliyin və "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.
Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik "AZAL" aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza Səfirliyin "qaynar xətlərinə" (+7977 442 2954, +7977 442 2964) və ya "AZAL"ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik.


Geri dön