Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya > Şimali Koreya Yapon dənizinə ballistik raket atıb?

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb?


21-03-2020, 10:02. Yazar: Xeberaz
Şimali Koreya Yapon dənizinə ballistik raket atıb?

Yaponiya hökuməti bəyan edib ki, martın 21-də yerli vaxtla səhər saatlarında Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raketlərin sınağını keçirdiyi güman olunur. Bildirilir ki, həmin raketlər Yaponiyanın məxsusi iqtisadi zonasının yaxınlığında dənizə düşüb.
"Xeberaz.Az" Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Cənubi Koreyanın silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi də şənbə günü Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində iki raketin buraxıldığını təsdiq edib. Həmin raketlərin ölkənin şimal-qərbində yerləşən Şimali Pxyonqan əyalətindən buraxıldığı qeyd edilir.
Xatırladaq ki, Şimali Koreya son həftələrdə buna bənzər sınaqları bir neçə dəfə təkrar edib. Son sınaq isə cari ildə üçüncüdür. Bu sınaqların bir neçəsinin yaxın məsafəli ballistik raketlərlə aparıldığı güman olunur.
ABŞ-ın Cənubi Koreyadakı qoşunlarının baş komandanı ötən həftə bəyan edib ki, Şimali Koreya hərbiçiləri yeni koronovirus təhlükəsi ilə bağlı bir ay müddətinə fəaliyyətlərini dayandırsalar da, cari ayda sınaqları bərpa ediblər.


Geri dön