Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var > Zakir Həsənov əmr verdi - Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə

Zakir Həsənov əmr verdi - Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə


14-03-2020, 16:41. Yazar: Xeberaz
Zakir Həsənov əmr verdi- Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib.
"Xeberaz.Az"-ın  xəbərinə görə, nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. 
Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədi ilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.


Geri dön