Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə > Sumqayıt koronavirusa görə helikopterlərlə dezinfeksiya edilir?

Sumqayıt koronavirusa görə helikopterlərlə dezinfeksiya edilir?


12-03-2020, 16:37. Yazar: Xeberaz
Sumqayıt koronavirusa görə helikopterlərlə dezinfeksiya edilir?

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb. 
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər gün dezinfeksiya edilir", - icra hakimiyyətindən bildirilib.
Geri dön