Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > “Qalatasaray” “Sivasspor”la bacarmadı

“Qalatasaray” “Sivasspor”la bacarmadı


8-03-2020, 22:48. Yazar: Xeberaz
“Qalatasaray” “Sivasspor”la bacarmadı

Türkiyə Super Liqasında XXV tur davam edir.
"Xeberaz.Az" xəbər verir ki, bu gün turun üç oyunu keçirilib.
Liderlər qrupunda yer alan “Sivasspor” və “Qalatasaray”ın dueli daha çox maraq kəsb edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
“Alanyaspor” turu xal itkisi ilə başa vurub. Avrokuboklara vəsiqəyə iddialı komanda “Rizəspor”la səfər matçında heç-heçə ilə kifayətlənib.
Autsayderlər qrupunda yer alan rəqiblərin duelində 6 qol vurulub. “Kasımpaşa” günün ən məhsuldar oyununda “Kayserispor”u darmadağın edib.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.


Geri dön