Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı > İcra başçısı iki müavini işdən çıxardı

İcra başçısı iki müavini işdən çıxardı


5-03-2020, 20:26. Yazar: Xeberaz
İcra başçısı iki müavini işdən çıxardı

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.
"Xeberaz.Az" apa-ya istinadən xəbər verir ki, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.
 
 



Geri dön