Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Səhiyyə / Reportaj > Bakı metrosunda tibbi maska satan şəxs tutuldu

Bakı metrosunda tibbi maska satan şəxs tutuldu


5-03-2020, 14:04. Yazar: Xeberaz
Bakı metrosunda tibbi maska satan şəxs tutuldu

"Sosial şəbəkələrdə mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə bağlı bildirmək istəyirəm ki, hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər".
Bakı şəhər BPİ Mətbuat Xidmətindən  verilən məlumata görə, bununla bağlı operativ tədbir görülüb.
Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.
Geri dön