Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Səhiyyə / M2 > Moskvada koronavirusa ilk yoluxma

Moskvada koronavirusa ilk yoluxma


2-03-2020, 06:06. Yazar: Xeberaz
Moskvada koronavirusa ilk yoluxma

Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib.
"Xeberaz.Az"  xəbər verir ki, bu barədə “Lenta.ru” saytı “Baza” Teleqram-kanalına istinadən xəbər verib.

Qeyd edilir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələləri prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün “Vektor”a göndərilib.

Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər. 
Geri dön