Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Bakı metrosunda işıqlar söndü - İnsanlar qatarda qaldı

Bakı metrosunda işıqlar söndü - İnsanlar qatarda qaldı


27-02-2020, 16:56. Yazar: Xeberaz
Bakı metrosunda işıqlar söndü- İnsanlar qatarda qaldı

Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.
“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli  bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:
"Bu gün saat 15:48-də metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısa müddətli fasilə yaranıb. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub, yalnız "Xalqlar dostluğu" və "Həzi Aslanov" sahəsində gələn elektrik enerjisinin dayanıqlığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub. Hazırda tunellərdə qalan qatar yoxdur, bütün qatarlar stansiyalara çıxarılıb. Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.


Geri dön