Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə / M2 > Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatdı

Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatdı


22-02-2020, 09:28. Yazar: Xeberaz
Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatdı

Çində koronavirus qurbanlarının sayı 2345-ə yüksəlib, 20 659 nəfər isə sağalaraq xəstəxanaları tərk edib. 
"Xeberaz.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.
Bildirilib ki, gün ərzində koronavirusa yoluxanlardan 109 nəfər dünyasını dəyişib, 2393 nəfər xəstəxanadan buraxılıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı isə 75 891 nəfər olub.
Çin rəsmilərinə görə, hazırda 31 əyalətdə 53 284 nəfər virusa yoluxub, onlardan 11,4 min nəfəri ağır olaraq qiymətləndirilir. Ölənlərin ən yüksək həddi Hubey əyalətində qeydə alınıb - 106 nəfər. 


Geri dön