Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > Avropa Liqasında 1/16 final mərhələsi başlayır

Avropa Liqasında 1/16 final mərhələsi başlayır


20-02-2020, 08:28. Yazar: Xeberaz
Avropa Liqasında 1/16 final mərhələsi başlayır
Avropa Liqasında pley-off mərhələsinə start verilir.
"Xeberaz.Az" xəbər verir ki, sabah 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
Bu raundda ən çox klubla təmsil olunan ölkə Portuqaliyadır. Adıçəkilən ölkənin 4 təmsilçisi 1/8 final mərhələsi uğrunda mübarizə aparacaq. “Böyük beşlik”dən İngiltərə, Almaniya və İspaniyanın 3, İtaliyanın isə 2 komandası Avropanın ən nüfuzlu ikinci klub turnirində iştirak edəcək.
“Qarabağ”ın yer aldığı qrupdan çıxan “Sevilya” Rumıniyada ÇFR-in qonağı olacaqsa, APOEL Kiprdə “Bazel”i qəbul edəcək.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton” “Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirəcək. Dadaşov ispanlarla matçda Premyer Liqa klubunun heyətində debüt edə bilər.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”lə ilk duelinə Portuqaliyada çıxacaq.
Geri dön