Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil > DİM: 400 qadın imtahanda uğur qazanıb
DİM: 400 qadın imtahanda uğur qazanıb20-02-2020, 08:14. Yazar: Xeberaz |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçirilmiş dövlət qulluğuna qəbul imtahanında qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. DİM-dən verilən məlumata görə, qeydiyyatdan keçmiş 1016 kişidən 403 nəfər (39,7 faiz), 840 qadından isə 400 nəfər (47,6 faiz) uğur qazanıb. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803 nəfəri (43,3 faiz) müvəffəqiyyət əldə edib. Geri dön |