Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Reportaj > Rusiyalı hərbçilər Türkiyəyə gəldi - Bu səbəbə görə

Rusiyalı hərbçilər Türkiyəyə gəldi - Bu səbəbə görə


8-02-2020, 19:48. Yazar: Xeberaz
Rusiyalı hərbçilər Türkiyəyə gəldi -Bu səbəbə görə
Rusiya nümayəndə heyəti İdliblə bağlı Ankaraya səfər edib.
"Xeberaz.Az" Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Rusiyadan gələn heyət türkiyəli diplomatlarla görüşəcək, Suriya mövzusunda Soçi razılaşması, xüsusilə də İdlib ərazisilə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, fevralın 3-də Əsəd ordusunun Soçi müqaviləsinin şərtlərini pozaraq, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan müşahidə nöqtələrinə toplardan açdığı atəş nəticəsində Türkiyə odusunun 8 hərbçisi şəhid olub.
Bu hadisədən sonra Türkiyə və Rusiya prezidentləri, eləcə də Xarici İşlər nazirləri səviyyəsində telefon söhbətləri olub. Liderlər ərazidə terrorçu qrupların fəallaşmasını da müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəıb Tayyib Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək.
Türkiyəli və rusiyalı diplomatların birgə müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözlənilir.


Geri dön