Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > Maldinin oğlu "Milan"da debüt etdi

Maldinin oğlu "Milan"da debüt etdi


3-02-2020, 21:56. Yazar: Xeberaz
Maldinin oğlu "Milan"da debüt etdi

"Milan" A seriyasının 22-ci turunda "Verona" ilə qarşılaşıb.
"Xeberaz.Az" xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində "Milan"ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.
Onun meydana daxil olması "Milan" üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə "Milan"ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Paolonun oğlu, Çezeranın nəvəsidir.
Baba və ata Maldinilər "Milan"ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər ikisi "Milan"ın kapitan sarğısını daşıyıblar.
Daniel 2000-ci ildən sonra doğulanlar arasında "Milan"ın heyətində meydana çıxan ilk futbolçudur.


Geri dön