Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO

Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub - FOTO


2-02-2020, 18:19. Yazar: Xeberaz
Bakıda polis avtomobili qarət etmək istəyən şəxsi tutub -FOTO

Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanılıb.
"Xeberaz.Az" report-a istinadən xəbər verir ki, hadisə fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb.
Kürdəmir rayon sakini, Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib. Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrol Xidməti (PPX) əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə (PB) təhvil verilib
Faktla bağlı Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır.
Geri dön