Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Xəbəraz-ın debatı > Rusiyada polisin azərbaycanlıya işgəncə verməsi ilə bağlı araşdırma başladı

Rusiyada polisin azərbaycanlıya işgəncə verməsi ilə bağlı araşdırma başladı


31-01-2020, 13:44. Yazar: Xeberaz

Qətldə şübhəli bilinən Abdulino şəhərinin üç sakinin polis idarəsində işgəncə gördükləri ilə bağlı şikayətləri üzrə Rusiya İstintaq Komitəsi 14 aydan sonra yoxlanışa yenidən başlayıb.
Bu barədə "Arqumentı i Faktı" məlumat yayıb.
Məlumata görə, Orenburqlu iş adamının və məktəbli oğlunun öldürülmə şübhəsi ilə bir azərbaycanlı və iki orenburqlu iki il əvvəl saxlanılmışdı. Lakin təqsirsizlikləri təsdiq olunduqdan sonra onlar azadlığa buraxıldılar. 
Sonradan onlar hüquq müdafiəçilərinə müraciət edərək, polis idarəsində etiraf ifadələri alınması üçün işgəncəyə məruz qaldıqlarını bildiriblər.
2018-ci ilin yayında “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə polislərə qarşı cinayət işi açılıb. Lakin prokurorluğun işə qarışmasından sonra cinayət işinə xitam verilib. 
“Bir il iki aydan sonra yoxlama yenidən başlayıb. Bu nisbətdə effektiv araşdırma aparmaq mümkün deyil. Çox sayda sualın cavabı hələ də yoxdur… İstintaq Komitəsinin rəhbərliyinin bizi eşidəcəyinə və işgəncə ilə bağlı tədqiqat materialının daha səlahiyyətli mütəxəssislərə - xüsusi şöbəyə veriləcəyini gözləyirik”, - deyə İşgəncələrə Qarşı Komitənin vəkili Albina Mudarisova bəyan edib.
Xatırladaq ki, iki il əvvəl, 17 yanvar 2018-ci ildə Orenburqda sahibkar və onun yeddi yaşlı oğlu vəhşicəsinə qətlə yetirilib. Cinayət işi açılmamış qalır.
Geri dön