Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Bildirişlərin seçicilərə paylanması başa çatır

Bildirişlərin seçicilərə paylanması başa çatır


31-01-2020, 11:12. Yazar: Xeberaz
Bildirişlərin seçicilərə paylanması başa çatır

 Parlament seçkiləri olacaq!

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Belə ki, Tədbirlər Planına əsasən, fevralın 2-dək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatmalıdır.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Geri dön