Ana Sayfa > Bütün xəbərlər / M / Gündəm / Hadisə > Qızının başına qaynar su töküb yandırdı - VİDEO

Qızının başına qaynar su töküb yandırdı - VİDEO


29-01-2020, 20:14. Yazar: Xeberaz

Türkiyənin İstanbul şəhərində ana qızını bilərək yandırıb.
“HaberGlobal”ın xəbərinə görə, İstanbulun Ümraniyə bölgəsində 29 yaşlı Y.T 14 yaşlı qızı İ.T.-nın başına qaynar su töküb.
Bədəni yanan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Belə ki, İ.T. semestr tətilində 41 yaşlı atası Mehmet Salih T. ilə bir uşaq sahibi olan hamilə ögey anası Y.T-nın yaşadığı evə qonaq gəlib. Axşam yeməyindən sonra ögey anası qızı mətbəxə çağıraraq ona kömək etməsini istəyib. Qız bulaşıq qabları qabyuyan maşına yığmaq üçün əyiləndə qadın qaynar suyu onun başına töküb.
Nəticədə, bədəni yanan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilən qızın müalicəsi davam etdirilir.
Geri dön