Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Sitat > “Mersedes”in vurduğu piyada öldü

“Mersedes”in vurduğu piyada öldü


29-01-2020, 10:46. Yazar: Xeberaz

Yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurub. 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, o xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 
Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön