Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Mağazaları soyub, avtomobillərdən maqnitofonları sökdülər - VİDEO

Mağazaları soyub, avtomobillərdən maqnitofonları sökdülər - VİDEO


29-01-2020, 09:38. Yazar: Xeberaz
Mağazaları soyub, avtomobillərdən maqnitofonları sökdülər -
Ağdaş Rayon Polis Şöbəsinə oğurluq faktı ilə bağlı müraciət daxi olub.
"Xeberaz.Az" xəbər verir ki, şikayətçi Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb.
Saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.
Bundan əlavə Seymur Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, Coşqun Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.
Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
Onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. 

Geri dön